Hostarex

Kömək mərkəzi

Ən çox verilən sualların cavabı. Tapmasan — dəstəyə yaz.

Dəstəyə yaz
Başlanğıc İdarəetmə paneli Domen Ödəniş və hesab

İdarəetmə paneli

Fayllar, bazalar, e-poçt və SSL

Panelə necə daxil oluram?+

Panel ünvanı: https://84.247.175.250:8888. İstifadəçi adı və şifrə kabinetdə «Xidmətlərim → İdarə et» bölməsindədir.

Brauzer «təhlükəsiz deyil» xəbərdarlığı versə, bu, panelin öz sertifikatına görədir — davam et.

Məlumat bazası necə yaradılır?+

Paneldə Bazalar bölməsinə keç, «Yeni baza» düyməsi ilə baza və istifadəçi yarat. Saytın konfiqurasiya faylında host olaraq localhost yaz.

E-poçt hesabı yarada bilərəmmi?+

Bəli, tarifə daxil olan sayda. Paneldə Poçt bölməsindən ad@domenin.az şəklində hesab yarat; IMAP/SMTP məlumatları orada göstərilir.

SSL sertifikatı necə qurulur?+

Domen serverimizə yönəldikdən sonra Let's Encrypt sertifikatı avtomatik alınır və hər 90 gündə özü yenilənir. Əlavə ödəniş yoxdur.

Sayt və proqram
CentralDev.az
Veb sayt, mobil tətbiq, inteqrasiya
Restoran & mağaza
CentralPOS.pro
Kassa, anbar, QR menyu
Dəstək