Ən çox verilən sualların cavabı. Tapmasan — dəstəyə yaz.
Hesab qurulması, domen bağlama və ilk addımlar
Ödəniş təsdiqləndikdən sonra paylaşımlı hostinq hesabı bir neçə dəqiqə ərzində avtomatik açılır. Panelin ünvanı, istifadəçi adı və şifrə e-poçtuna göndərilir, həmçinin kabinetdəki «Xidmətlərim → İdarə et» səhifəsində görünür.
Domeninin DNS parametrlərində A qeydini serverimizin IP ünvanına yönəlt: 84.247.175.250. «www» üçün də eyni A qeydini əlavə et.
Yönləndirmə adətən 15 dəqiqə–2 saat arasında işə düşür. Domen bizə yönələn kimi pulsuz SSL avtomatik quraşdırılır.
İki yol var: idarəetmə panelindəki Fayl menecerindən yükləmək və ya FTP ilə qoşulmaq. Faylları saytın kök qovluğuna (public_html və ya domen adı ilə qovluq) at.
WordPress, Joomla və s. üçün panelin quraşdırıcısından bir kliklə qurmaq olar.
Bəli — pulsuz köçürürük. Köhnə hostinqin panel giriş məlumatlarını dəstək biletində göndər, saytı və e-poçtları biz köçürək. Adətən eyni gün tamamlanır.