Son yenilənmə: 23.09.2026
Bank köçürməsi (faktura ilə) və kartla onlayn ödəniş. Bütün qiymətlər Azərbaycan manatı (₼) ilə göstərilir.
Faktura yaradıldıqdan sonra 7 gün ərzində ödənilməlidir. Bank köçürməsində təyinat hissəsində faktura nömrəsi (məs. HX-26-00001) göstərilməlidir. Ödəniş təsdiqləndikdən sonra xidmət avtomatik açılır.
Hostinq: ilk sifarişdən sonrakı 14 gün ərzində xidmətdən imtina edilərsə, istifadə olunmuş günlər çıxılmaqla məbləğ qaytarılır.
Domen: qeydiyyatdan keçmiş domenlərin məbləği qaytarılmır — reyestr ödənişi geri alınmır.
VPS və fərdi işlər (sayt qurulması və s.): işə başlanılıbsa, görülmüş iş həcmi çıxılmaqla qaytarılır.
Qaytarma tələbi e-poçt və ya WhatsApp vasitəsilə göndərilir. Təsdiqləndikdən sonra məbləğ 10 iş günü ərzində ödənişin edildiyi üsulla geri qaytarılır.
Xidmət avtomatik uzadılmır — müddət bitməzdən əvvəl yenilənmə fakturası göndərilir. Ödəniş edilməzsə xidmət dayandırılır; heç bir avtomatik məbləğ silinmir.
Mübahisəli hallarda əvvəlcə birbaşa danışıqlar aparılır. Həll olunmazsa, məsələ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun baxılır.